İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli gəncdən duyğulu misralar: “Baxışım Zəncandı, əllərim Urmu” - VİDEO

Güney Azərbaycanda milli kimlik və vətən sevgisi mövzusu növbəti dəfə təsirli şeir qiraəti ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, keçirilən tədbirlərdən birində tribunaya qalxan güneyli gənc xanım Vətən torpaqlarının adlarını bir-bir sadalayaraq coşğulu və duyğulu şeir səsləndirib.

Gənc şairə çıxışında Təbriz, Ərdəbil, Zəncan, Urmiya, Qəzvin, Xoy və digər tarixi Azərbaycan şəhərlərini öz vücudunun bir parçası kimi tərənnüm edib.

Şeirin sonunda “Mən kiməm? İgidlər yurdu, odlar yurduyam! Toprağım qızıldır, tarixim şərəf, mənim toprağım Azərbaycandır!” sözləri zalda gurultulu alqışlarla qarşılanıb.

Görüntülər sosial şəbəkələrdə qısa zamanda geniş yayılaraq izləyicilər tərəfindən böyük maraq və qürur hissi ilə qarşılanıb.

@@TVmusavat/153366@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR