Onlayn ictimai-siyasi qəzet
İstanbulun Fatih rayonunda taksi sürücüsü gediş haqqı üstündə mübahisə etdiyi müştərilərini avtomobildən endirərək döyüb.
Hadisə sentyabrın 6-da saat 23:30 radələrində Ayvansaray məhəlləsində baş verib.
Məlumata görə, 37 yaşlı taksi sürücüsü İ.H.K. ilə müştəriləri arasında gediş haqqı ilə bağlı narazılıq yaranıb. Mübahisə böyüdükdən sonra sürücü sərnişinləri avtomobildən endirib və onları döyərək hadisə yerindən uzaqlaşıb.
Fatih Rayon Polis İdarəsinin əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar. Kimliyi müəyyənləşdirilən sürücü qısa müddətdə saxlanılıb.
İ.H.K. polisə ifadəsində müştəriləri ilə gediş haqqı barədə razılığa gələ bilmədiyini bildirib. O, “qəsdən sağlamlığa zərər vurma” ittihamı ilə məsuliyyətə cəlb edilib./Lent.az
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ