Onlayn ictimai-siyasi qəzet
Fermerlər üçün mobil tətbiq və başqa rəqəmsal alətlər var, amma məqsədimiz “Azərkosmos” və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıqla bu xidmətləri kiçik fermerlər üçün də əlçatan etməkdir.
Musavat.com xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda bütün fermerlər bu rəqəmsal alətlərdən istifadə edə biləcəklər. Söhbət yalnız rəqəmsal xidmətlərdən deyil, fermerlərin zəruri məlumatlara çıxışından gedir. Bu istiqamətdə iş davam edir”, - o deyib.
Nigar Həsənli
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ