İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa kəşfiyyatı İrəvanda: Paşinyanı qorumaq üçün...

 Fransanın məşhur "Le Journal du Dimanche" nəşri Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri və ölkədəki gərgin siyasi atmosfer fonunda rəsmi Paris və İrəvan arasında gizli əməkdaşlığı ifşa edən sensasion məlumat yayıb.

Musavat.com xəbər verir ki, qəzetin etibarlı mənbələrə istinadən yaydığı hesabata görə, Fransa kəşfiyyatı Nikol Paşinyan hakimiyyətinə ölkənin daxili informasiya məkanını tam nəzarətdə saxlamaq üçün birbaşa köməklik göstərir.

Məlumata əsasən, Fransanın xarici rəqəmsal müdaxilələrə qarşı mübarizə üzrə ixtisaslaşmış məşhur "VIGINUM" xüsusi xidmət bölməsinin rəqəmsal mütəxəssisləri və kəşfiyyatçıları Ermənistanda rəsmi monitorinq proseslərinə cəlb olunublar. Fransız kəşfiyyatçılar Ermənistan hakimiyyətinin rəsmi mövqeyinə, daxili və xarici siyasət xəttinə zidd olan, xüsusilə müxalifət yönümlü kütləvi kontentlərin və xəbərlərin izlənilməsində, eləcə də onların internet məkanında bloklanaraq sıradan çıxarılmasında aktiv şəkildə iştirak edirlər.

Nəşr onu da xüsusi vurğulayır ki, bu gizli rəqəmsal əməliyyat çərçivəsində Baş nazir Nikol Paşinyanın siyasi nüfuzuna xələl gətirə biləcək, onun əleyhinə yönəlmiş hər növ kompromat və gizli sənədlərin yayılmasının qarşısını almaq üçün xüsusi internet filtrləri quraşdırılıb. İndi Ermənistanın media məkanında və sosial şəbəkələrində hökumət rəhbərliyi barədə yayılan bütün ifşaedici məlumatlar dərhal həmin əlavə filtrlərdən keçirilərək kənarlaşdırılır. Siyasi ekspertlər Fransanın bu addımını Paşinyan hakimiyyətini hər vəclə qorumaq və İrəvanda Qərbin maraqlarına xidmət edən rejimin sarsılmasının qarşısını almaq cəhdi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR