Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.
DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ