Onlayn ictimai-siyasi qəzet
Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan hərbi hissələrdə və ordu mövqelərində yoxlamalar aparıb.
Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin avqustun 20-də yaydığı məlumatda Asryanın hərbi qulluqçularla görüşdüyü və mövqelərdə vəziyyətlə tanış olduğu bildirilir.
Yayılan fotolar xüsusi diqqət çəkir. Kadrlarda Asryanın açıq ərazidə, tam təchizatlı və əllərində silah olan hərbçilərlə birlikdə olduğu, hərbçilərin müşahidə vasitələri və durbinlərlə ərazini izlədiyi görünür. Görüntülər yoxlamanın yalnız hərbi hissələrin daxilində deyil, ordunun sahə mövqelərində də aparıldığını göstərir. Fotolardakı şərait, hərbçilərin döyüş təchizatı, silahlı vəziyyətdə mövqelərdə dayanması və ərazini durbinlərlə müşahidə etməsi onların Azərbaycanla şərti sərhəd xəttində xidmət aparan bölmələrdən olduğunu göstərir. Asryanın məhz bu mövqelərdə xidmət edən hərbçilərlə görüş keçirməsi də yayılan görüntülərdə əksini tapıb.
Maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin müzakirə olunduğu bir vaxtda Ermənistan ordusunun rəhbərliyinin silahlı və tam təchizatlı hərbçilərin xidmət apardığı şərti sərhəd mövqelərinə baş çəkməsi və burada yoxlamalar keçirməsi diqqət çəkir və müəyyən suallar doğurur.
Ermənistanın baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikirlər ölkəsində ciddi müzakirələrə səbəb olub. Erməni baş nazir bildirib ki, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Azərbaycan ərazisidir. O, anklav olan bu kəndlərin Azərbaycana qaytarılacağını deyib. Əlavə edib ki, “xəritələrin reallığa uyğun gəlmədiyi digər ərazilər də var – Cermukda (İstisu), Vayots Dzorun (Dərələyəz) digər rayonlarında və həmçinin Tavuşda. Məsələ həll olunmalıdır, lakin hərbi seçim olmadan”. Paşinyan Başkəndlə bağlı “erməni anklavı” iddiasını da yenidən təkrarlayıb.
Publika.az xəbər verir ki, Ermənistan müxalifəti baş nazirin açıqlamasını Azərbaycana yeni ərazilərin qaytarılacağının anonsu kimi qiymətləndirir.
Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov Ermənistan hakimiyyətinin güzəşt seriyasını davam etdirdiyini iddia edib.
“Baş nazir artıq Tiqranaşeni Kərki adlandırır və Azərbaycana təhvil verməyə hazırlaşır”, - o bildirib.
“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Kərkinin Azərbaycana qaytarılmasından sonra strateji çətinliklər yaranacaq.
“Tiqranaşen (Kərki-red) Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Əgər bu kənd Azərbaycana qaytarılsa və azərbaycanlılar orada baza qursalar, Ermənistan yarıya bölünəcək”, - erməni deputat iddia edib.
“Hraparak” nəşri isə Nikol Paşinyanı Azərbaycan və Türkiyəyə işləməkdə ittiham edib. Nəşr yazır ki, Ermənistan hakimiyyəti təkcə anklavları yox, sərhəd bölgəsində bir çox ərazini Azərbaycana qaytaracaq.
Ermənistanın baş nazirinə qarşı səslənən bu ittihamlar revanşistlərin təbliğat kampaniyasının tərkib hissəsidir. Paşinyan əslində erməni ictimaiyyətinə reallığı çatdırmağa çalışır. Çünki Kərki və Qazaxın üç anklav kəndi Azərbaycana məxsusdur, bununla yanaşı, SSRİ dövründə bir çox ərazimiz “otlaq və əkin” sahəsi adı altında ermənilərə verilib. Qarabağın işğalı dövründə isə Ermənistan sərhədin bir çox hissəsini qanunsuz olaraq irəli çəkib. Bütün bu məsələlər delimitasiya prosesində həll ediləcək və həm anklav kəndlər, həm də sərhəd bölgəsindəki ərazilər Azərbaycana qaytarılacaq.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks nazir Fikrət Yusifovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsini ünvanı:
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ