İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv sərəncamın icrasına başlanıldı, 3 əcnəbi azadlığa buraxıldı - Fotolar

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icrasına başlanılıb.

Musavat.com bildirir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər əcnəbi vətəndaş əfv olunaraq, azadlığa buraxılıb. Onlardan 2-si Əfqanıstan, 1-i isə Rusiya vətəndaşıdır.

Qeyd edək ki, Prezidentin əfv sərəncamına əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilib, 4 nəfər isə cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Sərəncamın şamil olunduğu məhkumlardan 8 əcnəbi vətəndaş əfv edilib. Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR