İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda prezident seçkisi ikinci tura qaldı - Vaxt təyin olundu

İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, 14-cü prezident seçkilərinin ikinci turu iyulun 5-də keçiriləcək.

Musavat.com-un məlumatına görə, bu barədə IRNA xəbər yayıb.

İkinci turda mübarizə islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili arasında gedəcək.

İranda 58 640, xaricdə isə daha 344 seçki məntəqəsində seçki qutularında bülletenlərin hesablandığı elan olunub.

Seçkilərdə 61 milyondan çox iranlı səs vermək hüququna malikdir. İranda 14-cü prezident seçkilərinin nəticələri Pezeşkian və Cəlili arasında gərgin mübarizənin getdiyini göstərir.

24 milyon 535 min 185 səs hesablandıqdan sonra Pezeşkian 10 milyon 415 min 991 səs, Cəlili 9 milyon 473 min 298 səs toplayıb, digər namizəd Məhəmməd Bağer Qalibaf isə 3 milyon 383 min 340 səs toplayıb.

Musavat.com

***

İranda prezidentliyə namizədlərdən olan Güney azərbaycanlı Məsud Pezeşkian öndədir.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, bir az öncə İranın Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami sayılmış 19 milyon 697 min 13 bülletendən əldə olunan nəticələri səsləndirib.

Nəticələrə görə, güneyli millət vəkili Məsud Pezeşkian 8,302,577 səslə liderdir.

Onun ardınca 7 189 756 səslə Dini rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ikinci, 2 676 512 səslə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf üçüncü, 158 314 səslə keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi dördüncü sırada qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR