Onlayn ictimai-siyasi qəzet
“TRIPP layihəsində bir çox tərəf var. Əsas danışıqlar Ermənistanla ABŞ arasında keçirilir. Çünki layihənin əsas 42 kilometrlik ərazisi Ermənistana aiddir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 4-cü İqlim Həftəsi çərçivəsində Musavat.com-un sualını cavablayarkən bildirib.
O qeyd edib ki, ABŞ-dən olan tərəfdaşlar Azərbaycanı TRIPP-lə bağlı danışıqlar barədə mütəmadi olaraq məlumatlandırır:
“Bu da təbiidir. Çünki layihənin girişi və çıxışı Azərbaycan sərhəddidir. Eyni zamanda razılaşmaları həyata keçirmək bəlli zaman tələb edir. Bizə verilən məlumat ondan ibarətdir ki, bu işlər uğurla davam etdirilir. Bizə deyirdilər ki, bu ilin sonuna qədər fiziki işlərə başlayacaqlar. Amma son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir. Hesab edirik ki, layihənin tez başlamasının həm Azərbaycan, həm Ermənistan, həm də region ölkələri üçün çoxsaylı faydaları var. Azərbaycan öz öhdəsinə düşən işləri uğurla davam etdirir. 2027-ci ilin əvvəlində artıq işlərin yekunlaşdırılması planlaşdırılır. Layihədə iştirak etmək istəyən beynəlxalq partyorlar var və onlarla danışıqlar aparılır. Lakin buna baxmayaraq, nəticəni gözləmədən Azərbaycan fiziki işlərə davam edir. Biz sürətlə irəliləyirik”.
Nigar Həsənli
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ