Onlayn ictimai-siyasi qəzet
Bosniya serbləri ordusunun sabiq komandiri, soyqırım törətməkdə günahlandırılaraq ömürlük azadlıqdan məhrum edilmiş Ratko Mladiç vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə Belqradın "Informer TV" kanalı məlumat yayıb.
Məlumata görə, 83 yaşlı keçmiş general BMT-nin Haaqadakı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, 1992-1995-ci illər Bosniya müharibəsi zamanı serb ordusuna başçılıq edən Mladiç tarixdə ən qanlı cinayətlərdən birinin əsas icraçısı sayılır.
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı tərəfindən soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə qanunlarını kobud şəkildə pozmaqda təqsirli bilinən hərbçiyə "Bosniya qəssabı" ləqəbi verilib.
Onun rəhbərlik etdiyi qüvvələrin 1995-ci il iyulun 11-də Srebrenitsa şəhərinə daxil olmasından sonra 8 372 bosniyalı mülki şəxs amansızlıqla qətlə yetirilib, kütləvi məzarlıqlarda basdırılıb. Beynəlxalq Tribunal 2007-ci ildə Srebrenitsada yaşanan bu dəhşətli faciəni rəsmi olaraq soyqırımı kimi tanıyıb.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ