Onlayn ictimai-siyasi qəzet
Bosfor boğazında naməlum şəxsin cəsədi tapılıb. Onun ötən il yayın sonlarında yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi olduğu ehtimal edilir.
Rusiyalı üzgüçü 24 avqust 2025-ci ildə Bosfor yarışı zamanı yoxa çıxıb. O, 3000 iştirakçınının içində finiş xəttinə çata bilməyən yeganə şəxs idi. Yerli hakimiyyət orqanları boğaz ərazisində axtarış aparıb, lakin axtarışlar uğursuz olub.
20 yanvar 2026-cı ildə, hadisədən təxminən altı ay sonra, dəniz polisi boğazdan naməlum bir şəxsin üstündə hidrokostyum olub və bu, onun itkin düşmüş üzgüçü Sveçnikov olduğuna dəlalət edib.
Rusiya mediası xəbər verir ki, cəsəd yay üzgüçülüyünün başlanğıcı nöqtəsindən beş kilometr aralıda - boğazdakı Qalatasaray adası yaxınlığında dəniz dibinin təmizlənməsi zamanı tapılıb.

Üzgüçünün qohumları təcili olaraq şəxsiyyəti müəyyən etmək üçün çağırılıblar. Ailə bütün bu aylar ərzində idmançını axtarmağa davam edib, aktiv mərhələ oktyabrın sonunda Türkiyədə başa çatıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, rusiyalı idmançının axtarışı dalğıclarla birlikdə qayıqlar, vertolyotlar və xüsusi cihazlar istifadə etməklə həyata keçirilib.
Üzgüçünün ailəsi dəfələrlə yarış təşkilatçılarını üzgüçülüklə bağlı məlumatları və video görüntüləri gizlətməkdə günahlandırıb. İtkin düşən şəxsin qohumları da idmançının tapılmasına kömək üçün mükafat ödəməyə hazır olduqlarını bildiriblər.
İdmançının anası Qalina Sveçnikova oğluyla bağlı məlumat təqdim edib. Daha sonra o, iş üzrə əsas şahidi, üzgüçünü sağ görən sonuncu şəxsi müəyyən edib. O, Sveçnikovla birlikdə üzgüçülükdə iştirak edib və sonra onun yanlış istiqamətdə hərəkət etdiyini bildirib.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ