Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Moskva vilayətində “Boqorodsk manyakı” kimi tanınan Dmitri Artamoşinə aid növbəti dəhşətli faktlar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, KİV-in məlumatına görə, manyak tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən Mariya Vlasova və Alyona Bolotovanın meyitləri onun yaşadığı evin həyətyanı sahəsində basdırılmış vəziyyətdə aşkarlanıb. Hazırda istintaq orqanları meyitlərin eksqumasiyasını aparır, yaxın vaxtlarda məhkəmə-tibbi ekspertiza keçiriləcək.
Məlumata görə, Dmitri Artamoşin azyaşlı oğlu üçün dayə axtardığını bəhanə edərək elanlar vasitəsilə qadınlarla əlaqə saxlayıb, onları qaçırıb və daha sonra qətlə yetirib. Qurbanlardan birinə qaçmaq müəssər olub, o, Volqoqrad vilayətində xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, Artamoşin əvvəllər avtomobil qaçırma və texnika oğurluğu ilə bağlı məhkum olunub. O, özünü “ezoterik” adlandırıb və qurbanlarını hər dəfə ayın 27-də qaçırdığı qeyd olunur.
Hadisə yerində istintaqçılar və kriminalistlər çalışır, cinayətin bütün detalları araşdırılır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ