İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi İran qədər müdafiə edən olmayıb” - Vahan Kostanyan

“İran birbaşa Ermənistanın ərazi bütövlüyünü müdafiə edir və indiyə qədər hansı dövlətlərin belə bəyanatlar vermədiyi göz qabağındadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində bildirib.

“Ermənistan və İran arasında daimi açıq dialoq mövcuddur. Bu da ölkələr arasında qurulan münasibətlərin əsas təminatlarından biridir. Ermənistan və İranda hökumətlərin tərkibindən asılı olmayaraq, regional məsələlərdə iki ölkənin mövqeləri kifayət qədər yaxındır. Həm İran, həm də Ermənistan regionda vəziyyətin sabitləşməsi üçün daim çalışacaqlar”, - deyə Kostanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR