İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalya, Vyana və Romadan gələn təyyarələr İrəvana ENƏ BİLMƏDİ - SƏBƏB

Ötən gecə Vyana, Antalya, Roma, Soçi və Riqadan gələn reyslər bir neçə saat İrəvanın “Zvartnots” hava limanına enə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə “FlightRadar” xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Soçidən gələn təyyarə əvvəlcə Tiflisə, sonda isə İrəvana enib.

Daha sonra Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilib ki, Dubay, Riqa və Soçidən uçuşlar gecə saatlarında güclü külək səbəbindən “Zvartnots” hava limanına enə bilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR