Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Hörmüz boğazında təhlükəsizlik qaydalarını köklü şəkildə dəyişməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, "Financial Times"-ın yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiət etdiyi gəmilər üçün özəl sığorta deyil, məhz hökumət proqramı vasitəsilə sığortalanma öhdəliyi gətirilə bilər.
Yeni plana əsasən, gəmi sahibləri korpus, mexanizmlər və yükü DFC proqramı və "Chubb" şirkəti vasitəsilə sığortalamalı olacaqlar ki, bu da Vaşinqtonun on milyonlarla dollar gəlir əldə etməsinə şərait yaradacaq.
Ümumi təkrar sığorta məbləğinin 20 milyard dollara çatacağı proqnozlaşdırılır. Lakin ekspertlər Trampın vəd etdiyi bu mühafizənin real effektivliyi ilə bağlı ciddi qeyri-müəyyənliyin olduğunu, ABŞ donanmasının İranın dron və raket hücumlarından qorunmaq üçün hələ də optimal sxem axtarışında olduğunu bildirirlər.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ