İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK ƏMƏLİYYAT: 100 min ədəd "Qəddafi" ələ keçirildi

Liviya hüquq-mühafizə orqanları ölkənin devrilmiş lideri Muammər Qəddafinin başı formasında hazırlanmış böyük miqdarda ekstazi partiyasını müsadirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.

Məlumata görə, xüsusi xidmət orqanları Avropadan gələn dəniz yükünü izləyərək furqonda təxminən 100 min ədəd qəhvəyi rəngli ekstazi həbi aşkar ediblər.

Həblərin üzərində keçmiş liderin üz cizgiləri və geyim elementləri təfərrüatı ilə əks olunub.

Hadisə ilə bağlı şübhəli şəxslər saxlanılaraq ədliyyə orqanlarına təhvil veriliblər.

“Independent” vurğulayır ki, BMT yanvar ayında Liviyanın həm ölkə daxilində, həm də bütün Afrika qitəsində yayılan sintetik narkotiklərin daşınması üçün əsas tranzit məntəqəsinə çevrildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR