Onlayn ictimai-siyasi qəzet
İranla əlaqəli bir sıra Telegram kanalları Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamasından sonra Kiyevə qarşı sərt təhdidlər səsləndirib.
Musavat.com xəbər verir ki, İran telegram kanallarında yayılan məlumatlara görə, Zelenskinin Rusiya ilə İran arasında hərbi yüklər daşıyan gəmiyə uğurlu zərbə endirildiyini açıqlamasından sonra Ukraynaya qarşı cavab çağırışları edilib.
Paylaşımlarda İranın ballistik raketləri ilə Ukraynaya cavab zərbələri endiriləcəyi barədə hədələr yer alıb.
Zelenski isə Xəzər dənizində Rusiya ilə İran arasında hərbi yüklər daşıyan gəmilərə uğurlu zərbə endirildiyini bəyan edib.
Qeyd edək ki, sözügedən təhdidlər rəsmi İran hakimiyyətinin bəyanatı deyil, İranla əlaqələndirilən Telegram kanallarında yayılan paylaşımlardır.
Musavat.com
28 Iyul 2026
03:09 Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ