Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən hərbi aerodromuna gözlənilməz və sərt zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi bəyanatla çıxış edib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Xüsusi Əməliyyat Qüvvələri, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) və Xarici Kəşfiyyat Xidmətinin birgə təşkil etdiyi genişmiqyaslı gecə əməliyyatı nəticəsində Rusiyanın Yaroslavl neft emalı zavodu və Rostovdakı hərbi aerodromu hədəf alınıb.
Aerodroma endirilən dəqiq zərbələr nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 1 ədəd An-12 və 2 ədəd An-26 hərbi-nəqliyyat təyyarəsinin, həmçinin 3 ədəd hərbi helikopterin sıradan çıxarıldığı təsdiqlənib. Zelenski əlavə edib ki, eyni vaxtda Qara dəniz hövzəsində də uğurlu əməliyyatlar həyata keçirilib:
"Hər gün Rusiyaya müharibənin acısını hiss etdirən döyüşçülərimizə təşəkkür edirəm. Biz təcavüzə hər gün layıqlı cavab veririk. Rusiya sülhü seçməyə məcburdur".
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ