İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolu keçmək istəyən piyadanı avtomobil vurdu - ÖLDÜ

 

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./Apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR