İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni təmayül tədris modeli özünü doğrultdu: Lənkəranda 6 sinifdən 100 faizlik nəticə!

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində tətbiq olunan yeni təmayül tədris modelinin ilk nəticələri açıqlanıb. Yeni model üzrə ilk məzunların qəbul nəticələrinə əsasən, məktəbi bitirən 124 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Xüsusilə diqqətçəkən məqam isə məktəbin 6 sinfində 100 faizlik nəticənin qeydə alınmasıdır. Belə ki, həmin siniflərdə təhsil alan bütün məzunlar ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

Əldə olunan nəticələr yeni təmayül tədris modelinin ilk tətbiq olunduğu məktəblərdən birində şagirdlərin ali təhsilə hazırlığının gücləndirilməsi baxımından müsbət nəticə verdiyini göstərir.

Yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin maraq və meyillərinə uyğun istiqamətlər üzrə daha məqsədyönlü və səmərəli təhsil almasına şərait yaratmaq, onların seçdikləri ixtisas istiqamətləri üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və ali təhsilə hazırlığını gücləndirməkdir.

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarının nəticələri yeni modelin tətbiqinin ilkin göstəricilərindən biri kimi diqqət çəkir. Qarşıdakı illərdə modelin tətbiq olunduğu digər məktəblərdə də nəticələrin izlənilməsi və tədris prosesinin əldə olunan göstəricilər əsasında təkmilləşdirilməsi nəzərdə tutulub.

Təhsil 1.jpg (103 KB)

ikinci.jpg (109 KB)

svadba.jpg (157 KB)

svadba 3.jpg (126 KB)

svadba 5.jpg (136 KB)

svadba 8.jpg (244 KB)

svadba 9.jpg (261 KB)

svadba 2.jpg (258 KB)

svadba 10.jpg (76 KB)

sonuncu.jpg (128 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR