İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkovda DƏHŞƏTLİ HÜCUM: Rusiya sərnişin qatarını raket dronu ilə vurdu

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində sərnişin qatarına reaktiv pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə regional yerli hakimiyyət orqanları məlumat yayıb.

Hücum Iskra kəndi yaxınlığında yerləşən dəmir yolu stansiyasında qeydə alınıb. Düşmən PUA-sı "Xarkov – İzyum" marşrutu üzrə hərəkət edən qatarın arxa hissəsinə çırpılıb və nəticədə güclü yanğın baş verib.

Hadisə yerindən daxil olan ilkin məlumatlara görə, düşmən hücumu nəticəsində 6 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ərazidə xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyətini davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR