İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei Trampa xəbərdarlıq etdi: “Bu, regional miqyaslı müharibə olacaq”

İranın ali rəhbəri Əli Xamenei ABŞ-nin İrana qarşı hərbi əməliyyatını regional miqyaslı münaqişəyə çevriləcəyi ilə hədələyib.

Musavat.com xəbər verir ki, Xamenei "Tasnim" agentliyinə açıqlamasında bildirib ki, əgər bu dəfə müharibəyə başlasalar, bu, yalnız iki ölkə arasında olmayacaq, bütün regionu əhatə edən müharibə olacaq.

O əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə silahlı qüvvə göndərməsi ilə bağlı açıqlamalarından qorxmamalıdır.

“Biz müharibəyə başlamırıq və heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı hücum edənə qarşı möhkəm müqavimət göstərəcək”, - deyə Xamenei vurğulayıb.

O, İranda baş vermiş son etirazları “dövlət çevrilişi cəhdi” kimi qiymətləndirib. “Son üsyan dövlət çevrilişinə bənzəyirdi və uğurla yatırıldı. Hücum edənlər polis, dövlət qurumları, İnqilab Keşikçiləri Korpusunun mərkəzləri, banklar və məscidlərə zərər vurmaq istəyirdilər”, – deyə Xamenei bildirib.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp İranın ABŞ ilə ciddi danışıqlar aparıldığını açıqlamış və ümid etdiyini bildirib ki, Tehran ABŞ üçün qəbuledilən razılaşmaya gələcək.

Yanvarın 26-da isə Tramp İrana böyük hərbi qüvvə yönəldildiyini açıqlamışdı.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR