İnsanlara hürriyət, millətlərə istiqlal!

"Niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?" - Əməkdar artist

Əməkdar artist Nigar Şabanova açıqlaması ilə diqqət çəkib. Xanəndə Azərbaycan musiqisindəki bəzi tendensiyaları tənqid edib.

Sənətçi bildirib ki, musiqidə keyfiyyətsiz və ucuz yanaşmaların artması onun narahatlığına səbəb olur. Nigar Şabanova bunu geyim nümunəsi ilə müqayisə edib:

"Bu gün musiqimizi çox bərbad tərəfə sürükləyirlər. Ucuz geyim alanda bir ay davam gətirmir, yenidən alırsan. Amma yaxşı qiymətə alsan, illərlə geyinə bilərsən. Ucuz musiqiyə də o qədər qaçırlar ki, sənət bərbad hala qalır".

Xanəndə bəzi ifaçıların toy mahnılarına bənzər əsərlər oxumağa məcbur qalmasını da düzgün hesab etmədiyini vurğulayıb.

Nigar Şabanova eyni zamanda toy məclislərində keyfiyyətsiz və etik baxımdan qəbuledilməz çıxışlara yol verən şəxslərə tələbat göstərilməsini tənqid edib:

"Biz də toy mahnısına bənzər mahnılar oxumağa məcbur olmamalıyıq. Niyə görə bərbad, biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır? Onlara pul qazandırırsınız".

Əməkdar artistin fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR