Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası idxal tarif proqramını bərpa edəcək və genişləndirəcək.
Musavat.com xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller Fox News-da ABŞ Ali Məhkəməsinin prezident administrasiyasının tariflərdən istifadəsinə qarşı çıxardığı qərarı şərh edərkən deyib: "Ali Məhkəmənin qərarı nə qədər qorxaq və dəhşətli olsa da, bəzi yaxşı xəbərlər var. Məhkəmə təsdiqlədi ki, Ticarət Qanununun 301, 232, 122, 338-ci maddələrinə və federal qanunun bir çox digər müddəalarına əsasən, prezidentin digər ölkələrə tarif tətbiq etmək səlahiyyəti var. Beləliklə, onun proqramı nəinki tam bərpa olunacaq, həm də genişləndiriləcək".
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ