İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Ələkbərov 20 milyardlıq biznesini ABŞ və ərəb milyarderlərinə satır

Amerikalı milyarder və maliyyəçi Todd Boli ABŞ sanksiyalarına məruz qalan, Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiyanın "Lukoyl" neft şirkətinin xarici aktivlərini almaq üçün konsorsium yaradıb.

Konsorsiumun tərkibinə ABŞ-nin DFC dövlət korporasiyası, BƏƏ prezidentinin qardaşı və Qətərin Əl-Xəyyat ailəsi daxildir. Ötən həftə "Çelsi" futbol klubundakı payını satan T.Boli dəyəri təxminən 20 milyard dollar olan bu aktivləri əldə etmək üçün "Carlyle" şirkəti ilə rəqabət aparır və artıq ABŞ hökumətinin dəstəyini qazanıb.

Nəşrin mənbələrinə görə, konsorsiumla Rusiya şirkəti arasındakı alqı-satqı danışıqları artıq yekun mərhələdədir. Qeyd edək ki, "Lukoyl" 2025-ci ilin payızında sanksiyalara məruz qaldıqdan sonra xarici aktivləri üçün alıcı axtarışına başlayıb./Plat.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR