İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uzak şehir"in ulduzu bikinili paylaşımı ilə diqqət çəkdi

Kanal D-də yayımlanan və böyük maraqla izlənilən "Uzak şehir" serialının ulduzu Yaren Güldiken sosial şəbəkədə etdiyi son paylaşımı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, serialda "Pakizə" obrazını canlandıran aktrisa bağçada günəş vannası qəbul edərkən və kitab oxuyarkən çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb.

Yaren paylaşımına "low cortisol life" ("aşağı kortizollu həyat" – yəni stresssiz və sakit həyat tərzi) qeydini əlavə edib. Son dövrlər sosial şəbəkələrdə geniş yayılan bu ifadə stresdən uzaq, zehni rahat və balanslı həyat tərzini simvolizə edir.

Təbii görünüşü və sadə üslubu ilə diqqət çəkən aktrisanın bikinili fotoları qısa müddətdə minlərlə bəyənmə toplayıb. İzləyicilər paylaşımın şərh bölməsində "Əsl yay ab-havası", "Çox huzurlu görünür", "Təbiiliyin çox gözəldir" kimi rəylər yazıblar.

Yaren Güldiken təkcə ekran uğurları ilə deyil, şəxsi həyatı ilə də gündəmdədir. Aktrisa "Uzak şehir" serialındakı tərəf müqabili Alper Çankaya ilə sevgili olduğunu serialın mövsüm finalından sonra açıqlamışdı.

Qeyd edək ki, Yaren Güldiken "Uzaq Şəhər" serialında canlandırdığı "Pakizə" obrazı ilə qısa zamanda geniş tamaşaçı sevgisi qazanıb.  

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR