İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın vurduğu Wildberries-lə bağlı müəmmalı məqamlar – Milyardlar hara yoxa çıxıb?

"Wildberries" və "Russ" şirkətlərinin birləşməsi nəticəsində yaradılan RVB şirkətinin maliyyə problemlərinin Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından və anbar yanğınlarından daha əvvəl başladığı iddia olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ötən yazdan etibarən çoxsaylı satıcılar Wildberries-in ödənişləri gecikdirməsindən şikayət ediblər. Son bir ildə şirkətə qarşı ümumi dəyəri təxminən 4 milyard rubl olan 2 mindən çox məhkəmə iddiası qaldırılıb.

Araşdırmada bildirilir ki, şirkətin vəsaitinin əhəmiyyətli hissəsi əsas fəaliyyət sahəsinə aid olmayan aktivlərin alınmasına yönəldilib.

Bunlardan biri İnquşetiyadakı Maqas hava limanının alınması olub. Məlumata görə, RVB strukturu bu aktiv üçün 425 milyon rubl ödəyib. Hava limanından gündə cəmi bir müntəzəm reys həyata keçirilir. Araşdırma müəllifləri iddia edirlər ki, bu hava limanından Wildberries-in yeni tərəfdaşları ilə əlaqəli şəxslər istifadə ediblər.

Bundan başqa, RVB zərərlə işləyən "Riv Goş" parfümeriya-kosmetika şəbəkəsini alıb, eləcə də çoxmilyardlıq zərərlə fəaliyyət göstərən "Eapteka" üzərində nəzarəti ələ keçirib.

Araşdırmada şirkətin təsisçisi Tatyana Kimin Avropadakı biznesinə də toxunulur. Bildirilir ki, o, Qərb mediasını və "xarici agentlər"i tənqid etsə də, Kipr və Slovakiyada şirkətlərə sahib olaraq qalır. Onun Polşadakı şirkəti isə sanksiyalardan sonra bağlanıb.

Forbes Tatyana Kimin sərvətini 8,1 milyard dollar qiymətləndirsə də, araşdırma müəllifləri bank məlumatlarına istinadən onun şəxsi hesablarında cəmi 5 milyon rubl qaldığını iddia edirlər.

Daha öncələr, 2025-ci ildə Wildberries-in bütün mənfəəti şirkətin Tatyana Kimin Kremlə yaxın yeni tərəfdaşları ilə əlaqələndirilən strukturlarına dividend kimi yönəldildiyi və Kimin özünün bu vəsaitdən pay almadığı qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR