Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Belqorod vilayətində Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” (“Gecə ovçusu”) tipli zərbə helikopteri vurulub.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (ləqəbi “Madyar”) məlumat yayıb.
“Mi-28 “Gecə ovçusu” burnu üstə yerə çırpılıb”, – deyə o, öz “Telegram” kanalında yazıb.
Brovdinin sözlərinə görə, helikopter Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında, Ukrayna Ordusunun “Raroq” adlı 427-ci ayrıca pilotsuz sistemlər briqadasının hərbçiləri tərəfindən hədəf alınıb.
@@TVmusavat/150918@@
Musavat.com
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ