Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, danışıq Türkiyə üzərində ballistik raketin zərərsizləşdirilməsindən sonra baş tutub. Türkiyənin xarici işlər naziri hadisə ilə bağlı Ankaranın mövqeyini iranlı həmkarına çatdırıb.
Fidan Əraqçini regionda gərginliyin daha da genişlənməsinə səbəb ola biləcək istənilən addımdan çəkinməyə çağırıb.
Türkiyə tərəfi vəziyyətin daha da kəskinləşməməsi üçün ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.
Musavat.com
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ