İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Livanda İran agentini məhv etdiyini açıqladı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Livanın Hermel rayonuna zərbə endirərək, Suriyanın cənubunda İsrail qüvvələrinə qarşı təxribat aktları planlaşdıran İran agentini məhv edib.

Musavat.com xəbər verir ki, məlumatı Ordu komandanlığının sözçüsü Ella Vaviyə ərəb dilində öz X hesabında açıqlayıb: "Hücum zamanı Suriyanın cənubunda yerləşən İsrail qüvvələrinə hücum planları hazırlayan Yusif Əli əl-Həssun məhv edilib".

Həssunun Hizbullahla əlaqəli olduğu və İranın təlimatları ilə hərəkət etdiyi bildirilir. O, İsrail hərbi hədəflərinə partlayıcı maddələrlə yüklənmiş dronlar atmağı planlaşdırırmış.

Daha əvvəl Livan Səhiyyə Nazirliyi Suriya ilə həmsərhəd olan Hoş əl-Sayid kəndinə İsrailin hava hücumu zamanı beş suriyalı və bir livanlı olmaqla altı nəfərin yaralandığı bildirib. Hədəf raketlə vurulduqdan sonra alovlanan bir avtomobil olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR