Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp “Trump Media və Texnologiya Qrupu”nun baş kommunikasiya məsləhətçisi Keti Zakarianın avqustun sonunda vəzifəsindən ayrılan Kerolin Levittin yerinə Ağ Evin yeni mətbuat katibi olacağını təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bununla bağlı Truth Social hesabında paylaşım edib: "Keti Zakarianın mətbuat katibi təyin olunmasını elan etməkdən şərəf duyuram. Keti hazırda Truth Social-da (Trump Media & Technology Group) baş kommunikasiya məsləhətçisi vəzifəsində çalışır və burada əla nəticələr göstərib! Keti Kaliforniyada anadan olub və əvvəllər Daxili Təhlükəsizlik Departamentində sözçü və ictimai əlaqələr üzrə köməkçi katibin müavini vəzifələrində çalışıb".
O qeyd edib ki, Zakaria hüquq təhsili alıb və tez-tez Fox News və Newsmax kimi kanallarda çıxış edib: "O, əvvəllər mənim kampaniyalarımda işləyib, əsas ştatlarda kömək göstərib və biz yeddi seçkidə qalib gəlmişik. Onun qüsursuz nüfuzu var və lap əvvəldən mənim sadiq və parlaq tərəfdarım olub". O, Zekarianın Ağ Evin mətbuat katibi kimi "görkəmli nəticələr əldə edəcəyinə" əmin olduğunu bildirib, "çünki o, medianın, Amerika xalqının və administrasiyanın hörmətini qazanıb".
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ