Onlayn ictimai-siyasi qəzet
Goranboyda 51 yaşlı tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Musavat.com unikal-a istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan rayon sakini S.Ə.-yə döş qəfəsinin kəsilmiş yarası diaqnozu qoyulub.
Qadına dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan S.Ə. Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Onun hansı səbəbdən xəsarət aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ