Onlayn ictimai-siyasi qəzet
ABŞ, Ukrayna, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya), Avropa Komissiyası və NATO nümayəndələri 9 oktyabrda Mayamidə Rusiya və Avropa arasında yeni təhlükəsizlik arxitekturasının yaradılması imkanlarını müzakirə ediblər.
Musavat.com xəbər verir ki, məlumatı Reuters mənbələrə istinadən yayıb. Mənbələrin sözlərinə görə, danışıqlar altı saat davam edib. Danışıq aparanların yaxın həftələrdə hamını qane edən bir razılaşma əldə etməyə ümid etdikləri bildirilir.
Dünən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, danışıq aparanların qışdan əvvəl Ukrayna münaqişəsinin mümkün həlli, eləcə də enerji, təhlükəsizlik zəmanətləri və Ukraynanın yenidən qurulması, o cümlədən onun Avropa İttifaqında daxil olması kontekstində müzakirələri olub. Onun sözlərinə görə, "fikir mübadiləsi səmərəli olub və ABŞ ilə Rusiya arasında gələcək əlaqələrdən əvvəl əlavə tədqiqat sahələrinin müəyyənləşdirilməsinə kömək edib".
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ