Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp 14-15 dekabr tarixlərində Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək İyirmilik Qrupu (G20) sammiti çərçivəsində İtaliya Baş naziri Giorgia Meloni ilə görüşmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı Tramp Ağ Evdə jurnalistlərə açıpqlayıb. Ondan tədbir zamanı Meloni ilə görüşmək niyyətində olub-olmadığı soruşulub: "Mənim onunla əla münasibətlərim var. Yəqin ki, G20 çərçivəsində görüşəcəyik".
Qeyd edək ki, iyun ayında Tramp və Meloni sərt sözlər mübadiləsi aparıblar. Xüsusilə prezident baş naziri nankorluqda və G7 sammitində onunla şəkil çəkdirərək reytinqini artırmağa çalışmaqda günahlandırıb. Meloni isə Trampa öz populyarlığını nəzərə almağı məsləhət görüb. O, qeyd edib ki, ABŞ prezidenti ilə dostluğu onun populyarlığına töhfə verməyib. Daha əvvəl İtaliyanın Baş naziri açıq şəkildə Papa XIV Leo-nu müdafiə edərək Amerika liderinin onun haqqındakı açıqlamalarını qəbuledilməz adlandırmışdı.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ