İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın düşməni Kremlin himayəsində

Rusiyada erməni diasporunun siyasi və ictimai təsiri yenidən diqqət mərkəzinə gəlib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, oktyabrın 8-də Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının rəyasət heyətinin iclasında iştirak edib. İclas Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedovun sədrliyi ilə keçirilib.Görüşdə dövlətin milli siyasət strategiyasının 2036-cı ilədək həyata keçirilməsi, millətlərarası münasibətlərin vəziyyəti, ictimai həmrəyliyin möhkəmləndirilməsi və milli birlik sahəsində fərqlənən şəxslərin mükafatlandırılması məsələləri müzakirə olunub.İclasda səsləndirilən fikirlərə görə, Rusiyada müxtəlif millətlərin nümayəndələri arasındakı münasibətlərdə müsbət dinamika müşahidə olunur, milli zəmində ciddi qarşıdurma ehtimalı isə azalıb. Abramyanın rəhbərlik etdiyi təşkilat da bu prosesə töhfə verən qurumlardan biri kimi təqdim olunur.

Ара Абрамян Администрация Президента РФLakin burada diqqətçəkən məqam var: millətlərarası dostluqdan, qarşılıqlı anlaşmadan və birgəyaşayışdan danışan diaspor rəhbərinin Azərbaycanla bağlı mövqeyi hansı prinsiplərə əsaslanır?
Ən əsası Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Abramyanın fəaliyyəti isə bəyan etdiyi millətlərarası harmoniya prinsipləri ilə ziddiyyət təşkil edir.Abramyanın rəhbərlik etdiyi diaspor strukturları zaman-zaman Azərbaycan əleyhinə yönəlmiş təbliğat kampaniyalarında fəal iştirak edirlər. Xüsusilə 44 günlük müharibədən sonra Abramyanın təşkilatları Rusiyada, Fransada və ABŞ-da Azərbaycana qarşı yönəlmiş sərgilər, konfranslar və mediada qərəzli çıxışlar təşkil edib.

Abramyanın Azərbaycanla bağlı mövqeyini qiymətləndirmək üçün onun öz açıqlamalarına nəzər salmaq kifayətdir. Rusiya Erməniləri İttifaqının rəsmi saytında 2026-cı il fevralın 16-da dərc edilmiş materialda Qarabağ Azərbaycanın ərazisi kimi deyil, ermənilərin gələcəkdə geri qaytarmalı olduğu torpaq kimi təqdim olunur. Mətndə Qarabağ məsələsinin bağlanmadığı vurğulanır, Azərbaycan ərazisindəki erməni irsi və keçmiş separatçı rəhbərlərin azad edilməsi ilə bağlı çağırışlar səsləndirilir. Həmin materialda Azərbaycanın ünvanına ağır siyasi ittihamlar da yer alır.

Musavat.com 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR