Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ABŞ-a dizel ixracına dair Tramp-Putin anlaşması açıqlanandan bir neçə saat sonra Ukrayna Rusiyada yanacaq ixracı üçün istifadə edilən mühüm infrastruktura zərbə endirib.
Musavat.com xəbər verir ki, söhbət Rostov-na-Donuda yerləşən Novoşaxtinsk Neft Emalı Zavodunun neft yükləmə terminalından gedir.
Exilenova+ saytının məlumatına görə, dron hücumu nəticəsində Novoşaxtinsk Neft Emalı Zavodunun neft yükləmə terminalı zədələnib. Zavo Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biridir. Neft yükləmə terminalı zavod məhsullarının yüklənməsi üçün istifadə olunur.
Rostov vilayəti rəsmiləri hücumu təsdiqləyiblər.
Eyni zamanda Moksva meri Sergey Sebyanin paytaxt yaxsınlığında 9 Ukrayna dronunun vurulduğunu elan edib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ