Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyə tərəfindən ölkəsinin suverenliyinə qarşı heç bir təhlükə görmədiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə o, brifinq zamanı jurnalistlərə bildirib.
"Türkiyə tərəfindən Ermənistanın suverenliyinə təhlükə görmürəm. 2026-cı ildir və mən təhlükə görmürəm, demək olar ki, avqustun 8-dən (Azərbaycanla Vaşinqton sazişinin imzalanması - red.) bəri heç bir təhlükə görmürəm", - o deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında avqustun 8-də saziş imzalandıqdan bəri bu cür təhlükələr müşahidə olunmayıb.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ