Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bütün Kanada istehsalı olan təyyarələrin sertifikatını ləğv etdiyini və Gulfstream məhsulları ilə bağlı mübahisəyə görə onlara 50 faiz tarif tətbiq edə biləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp qərarını Truth Social-da paylaşıb: "Kanada haqsız yerə, qanunsuz və israrla Gulfstream 500, 600, 700 və 800 təyyarələrini sertifikatlaşdırmaqdan imtina edir".
O, ABŞ-ın buna görə də "Bombardier Global Express və bütün Kanada istehsalı olan təyyarələrin sertifikatını ləğv etdiyini" vurğulayıb. Tramp bildirib ki, bu tədbir Kanada Gulfstream məhsullarını "tam sertifikatlaşdırana" qədər qüvvədə qalacaq.
Amerika liderinin sözlərinə görə, "Kanada əslində eyni sertifikatlaşdırma prosesi vasitəsilə ölkədə Gulfstream məhsullarının satışını qadağan edir": "Əgər hər hansı bir səbəbdən bu vəziyyət dərhal düzəldilməsə, Kanada tərəfindən ABŞ-a satılan bütün təyyarələrə 50 faiz tarif tətbiq edəcəyəm".
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ