İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan gözlənilməz qərar – Nüvə sazişi olmadan müharibə bitir, bu şərtlə...

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin dayandırılması üçün yeni nüvə sazişinin imzalanmasını əsas şərt hesab etmir.

Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə,Vaşinqtonun Tehran qarşısında hazırda daha vacib hesab etdiyi bir tələb var.

Tramp köməkçilərinə İranın Hörmüz boğazını tam açacağı təqdirdə atəşkəsi uzatmağa və müharibəni dayandırmağa hazır olduğunu bildirib.

Ağ Evdə hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat zamanı qarşıya qoyulan əsas məqsədləri artıq yerinə yetirib. Bu səbəbdən Hörmüz boğazında gəmiçiliyin tam bərpası hazırkı mərhələdə Tehranla yeni nüvə razılaşmasının əldə edilməsindən daha vacib sayılır.

Məlumata görə, İran Hörmüz boğazını tam açarsa, ABŞ blokadanı aradan qaldıra və hərbi əməliyyatları dayandıra bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR