Onlayn ictimai-siyasi qəzet
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu ARB 24 televiziyasının canlı yayımında qonaqdır.
Musavat.com xəbər verir ki, Çinarə Nurməmmədovanın apardığı efirdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişindən sonrakı sərhədlərlə bağlı açıqlaması və İrəvanla Yeni Dehli arasında "Pinaka Mk-II" raketlərinin Ermənistanda istehsalı barədə müzakirələr diqqət mərkəzindədir.
Paşinyan Ermənistanın ərazisinin 29 743 kvadratkilometr olmalı olduğunu, sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, həmçinin ərazi mübadiləsi və kommunikasiya xətlərinin açılmasını təklif edir. Bu yanaşmanın sülh prosesinə mümkün təsirləri də müzakirə olunacaq.
İrəvanla Yeni Dehli arasında raketlərin birgə istehsalı ilə bağlı danışıqların regionun təhlükəsizlik arxitekturasına və hərbi balansına təsiri də efirdə təhlil edilir.
Canlı yayımı ARB 24-ün bu linkindən izləyə bilərsiniz.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ