Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun Türkiyəyə "F-35" qırıcılarının verilməsinə qarşı çıxması ilə bağlı jurnalistin sualını cavablandırıb.
Musavat.com xəbər verir ki, Tramp Vaşinqtonun silah satışı məsələsində müstəqil qərar verdiyini və Türkiyənin ABŞ üçün vacib müttəfiq olduğunu vurğulayıb.
"Heç kim mənə nəyi satmalı, nəyi satmamalı olduğumuzu deyə bilməz. Türkiyə hər zaman bizim etibarlı müttəfiqimiz olub. Yeri gəlmişkən, Türkiyə çox güclü ölkədir. Çox qüdrətli orduya sahib mükəmməl bir ölkədir. Onların ordusunda çoxlu əla avadanlıq var", — deyə ABŞ dövlət başçısı bildiriib.
Musavat.com
28 Iyul 2026
03:09 Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ