Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacaq.
Musavat.com xəbər verir ki, məlumatı Tramp Ağ Evdə jurnalistlərə açıqlayıb: "Rusiya prezidenti ilə telefon danışığım planlaşdırılıb". Söhbətin nə vaxt olacağı soruşulduqda, o, "çox tezliklə" cavabını verib.
Tramp həmçinin bildirib ki, Ukraynadakı münaqişənin həllinin yaxınlaşdığına inanır: "İnansanız da, inanmasanız da, amma yaxınlaşır. Biz hələ Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymamışıq. Mən bunun üzərində işləyirəm.
Düşünürdüm ki, səkkiz müharibəyə son qoyduğumuz üçün bu, mənim üçün ən asan iş olacaq. Və bu, tezliklə baş verəcək".
Qeyd edək ki, Kremldən Putinin bu gün bir neçə beynəlxalq telefon danışığının planlaşdırıldığını açıqlasalar da, kiminlə olacağına aydınlıq gətirilməyib.
Bəzi xarici agentliklər Trampın Putinlə Rusiyanın İrkutsk bölgəsində taun xəstəliyinin yayılması məsələsini müzakirə edəcəyinə dair məlumat yayıblar.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ