İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp göstəriş verdi: Pəhləvi ilə GİZLİ GÖRÜŞ KEÇİRDİ - VİDEO

Dünən ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff İranın sürgündə yaşayan şahzadəsi Rza Pəhləvi ilə görüş keçirdiyini “Fox News” telekanalına müsahibəsində təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

O bildirib ki, görüş ABŞ prezidenti Donald Trampın göstərişi ilə baş tutub.

“Mən onunla prezident Trampın göstərişi ilə görüşdüm. O (Pəhləvi) ölkəsinə sadiqdir və onun qayğısına qalır. Amma bu, prezident Trampın siyasəti ilə bağlıdır, cənab Pəhləvinin siyasəti ilə deyil. Düşünürəm ki, prezident hər kəsin fikirlərini eşitməkdə maraqlıdır”, - deyə Uitkoff qeyd edib.

@@TVmusavat/140510@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR