İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp geri addım atdı? - Ağ Evdən uzaqlaşdırılan telekanallarla bağlı YENİLİK

ABŞ-ın aparıcı televiziya şəbəkələri Prezident Donald Trampın tədbirlərinin işıqlandırılmasını bərpa edib.

Bu barədə “Reuters” və ABŞ mediası məlumat yayıb.

ABC, CBS, Fox News, NBC və CNN-dən ibarət media qrupu Tramp administrasiyasının CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Evə girişini məhdudlaşdırmasından sonra fəaliyyətini dayandırmışdı. Şəbəkələr CNN-in növbəsini başqa telekanalla əvəz etməkdən imtina etmişdi.

Məhkəmənin CNN, MS NOW və “Politico” nümayəndələrinin Ağ Evə girişinin bərpasına dair qərarından sonra jurnalistlərin akkreditasiyaları yenidən aktivləşdirilib.

Bundan sonra birgə media yayımı da bərpa olunub. Cümə günü CBS Ağ Evdə növbəli yayımı həyata keçirib, CNN isə Donald Tramp və Çin lideri Si Cinpinlə bağlı tədbirdən görüntülər təqdim edib.

Beləliklə, Tramp administrasiyası ilə ABŞ-nin aparıcı media qurumları arasında yaranan qarşıdurma fonunda prezidentin tədbirlərinin birgə televiziya yayımında yaranmış fasilə aradan qalxıb./KONKRET.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR