İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp detalları AÇIQLADI - Maduro qaçmağa çalışsa da... - VİDEO

ABŞ prezidenti Donald Tramp Venesuelanın lideri Nikolas Maduronun Amerika qüvvələri tərəfindən ələ keçirilməsi ilə bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, əgər Maduro müqavimət göstərsəydi, öldürülə bilərdi.

O əlavə edib ki, Maduro qaçıb bunkerə sığınmağa çalışsa da, amerikalı hərbçilər onun qaçmasına imkan verməyib. Tramp həmçinin Venesueladakı Maduronun bütün tərəfdarlarının “diqqət altında” olduğunu vurğulayıb.

Tramp ABŞ-ın Kubaya dəstək göstərməyə çalışdığını və ölkənin çöküşünə qarşı addım atıldığını bildirib. Tramp həmçinin deyib ki, Putindən qorxmur və Maduronun məsələsini onunla heç vaxt müzakirə etməyib.

O, Ukrayna və Rusiya arasındakı konfliktin ən asan həll olunacaq qarşıdurma olduğunu düşündüyünü, amma onları hələ sülhə gətirə bilmədiyini də əlavə edib. Tramp Kolumbiya prezidentinə isə “həqiqətən ehtiyatlı olmağı” tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR