İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR

Sabiq deputat Etibar Əliyev tanınmış Azərbaycan yazıçısı, tərcüməçisi və tarixçisi Əlisa Nicatla bağlı sərt fikirləri ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, Etibar Əliyev sosial şəbəkədə Əlisa Nicatla bağlı paylaşım edib:

“Şahbaz Xuduoğlu Əlisa Nicata baş çəkməsi ilə bağlı video paylaşıb. Əlisa Nicat əlində iri həcmli “KQB” kitabını Şahbaza göstərib deyir ki, bunu tərcümə edirəm.  Bu mövzuda yüzlərlə kitab yazılıb. Ahıl bir yazıçını XXI əsrin 26-cı ilində bu mövzuya itələyən nədir? Nədən bizim yazıçılar, elm adamları yaşlaşdıqca daha çox dini və siyasi mövzulara meyl edirlər? Evindəki kitabxanasını gördüm. Əsla yazıçı kitabxanasına bənzəmədi. Onu filosof adlandıranlara isə demək istəyirəm: Əlisa Nicat filosofdursa, onda mən kosmonavtam… Bizdə “fəlsəfə tarixçi”ləri var, onların da yazdıqlarının əksəriyyəti köçürmədir. Bu istiqamətdə Bertran Rasselin “Qərb fəlsəfəsinin tarixi” kitabını oxumaq kifayətdir”.

ELİYEV ETİBAR.png (630 KB)

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR