Onlayn ictimai-siyasi qəzet
"Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov miqrantların təhsil, səhiyyə və sərnişindaşıma da daxil olmaqla bir sıra sahələrdə işləməsinin qadağan edilməsini təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlama verən Mironov miqrantların sosial sahələrdə çalışmasının qarşısının alınmalı olduğunu bildirib:
"Bir çox regionlar artıq bunu edib. Onların təhsil, səhiyyə və taksilərdə vətəndaşlarımızı daşımaq kimi işlərdə yeri yoxdur".
Siyasətçinin sözlərinə görə, əcnəbi işçilərin bir hissəsi rus dilini kifayət qədər bilmir. O, həmçinin xarici taksi sürüclərini şəhərləri tanımamaqda və yol hərəkəti qaydalarını pozmaqda ittiham edib.
Mironov, eyni zamanda, əcnəbi işçilər üçün mövcud patent sistemindən imtina edilməsini və əmək miqrantlarının mütəşəkkil şəkildə işə cəlb olunması sisteminə keçilməsini təklif edib.
Deputat hesab edir ki, hazırda bəzi miqrantlar patent aldıqdan sonra faktiki olaraq işləməyə bilirlər, bu səbəbdən də mövcud mexanizm dəyişdirilməlidir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ