Onlayn ictimai-siyasi qəzet
İran ABŞ-la həqiqi və ciddi danışıqlardan heç vaxt yayınmayacaq.
Musavat.com xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS agentliyinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, söhbət qarşılıqlı maraq doğuran məsələlər üzrə ədalətli və balanslaşdırılmış razılaşmaya nail olmağa yönəlmiş danışıqlardan gedir. O vurğulayıb ki, Tehran yalnız formal deyil, konkret nəticə verən dialoqa açıqdır.
Kazem Cəlali qeyd edib ki, İran tərəfi milli maraqlara hörmət edən və tərəflər üçün məqbul şərtlər yaradan istənilən danışıqları müsbət qiymətləndirir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ