Onlayn ictimai-siyasi qəzet
İranın Təl-Əvivə endirdiyi raket zərbələri İsrail paytaxtında dəmriyol stansiyasını darmadağın edib.
Musavat.com xəbər verir ki, məlumatı və dağıntıların görüntülərini İsrailin dövlət televiziyası Kan yayıb.
Televiziyanın məlumatına görə, qatar stansiyasının ərazisində "ciddi ziyan" var. Kan stansiyanın və qatarlardan birinin dağıdılmasını göstərən fotoşəkil dərc edib.
Bundan əlavə, Kan bildirir ki, Təl-Əviv yaxınlığındakı bir neçə başqa ərazidə düşən raket qalıqları nəticəsində ciddi ziyan qeydə alınıb.
Qeyd edək ki, İran Əli Laricaninin öldürülməsinin qisasını almaq üçün ötən gecə İsrailə ardıcıl 3 dəfə raketlərlə zərbə endirib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ