Onlayn ictimai-siyasi qəzet
Krec qrupunun qurucusu Artem Brovkov (Fuze) avtomobil qəzası nəticəsində dünyasını dəyişib. O, son illərini ABŞ-də yaşayırdı.
Bu barədə həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, o, ağır qəza keçirib. Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Brovkov 46 yaşında idi.
Qeyd edək ki, Krec qrupu 2000-ci illərin əvvəlində yaradılıb və ən tanınmış mahnılarından biri “Tenderness” sayılır. Brovkov Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından sonra Rusiyanı tərk edərək ABŞ-ə köçüb və 2025-ci ilin martında “xarici agentlər” reyestrinə daxil edilib./Ajans.az
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ